19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Evrika Məktəblərində Montessori Təhsili:
Fərdi İnkişaf və Beynəlxalq Standartlar
Evrika Məktəblərinin Montessori Departamenti ibtidai, orta və lisey pillələrində şagirdin fərdi inkişafını mərkəzə alan, beynəlxalq pedaqoji yanaşmaya əsaslanan innovativ bir təhsil modeli təqdim edir. Montessori təhsil sistemi İtaliyada yaranmış, Amerika Birləşmiş Ştatları və dünyanın bir çox ölkəsində rəsmi tədris proqramı kimi tətbiq olunan beynəlxalq bir modeldir. Evrika bu modeli müasir təhsil elmi, laboratoriya imkanları və şagird mərkəzli yanaşma ilə daha da inkişaf etdirir.
Təhsil prosesi hər şagirdin inkişaf mərhələsinə uyğun planlanır və yalnız akademik bilik deyil, həm də sosial və emosional bacarıqların formalaşmasına şərait yaradır. Ibtidai məktəbdə öyrənmə uşaqlar üçün əyləncəli bir kəşfdir. Oxu-yazma, riyaziyyat və təbiət elmləri konkret materiallar, təcrübələr və müşahidələr vasitəsilə öyrədilir. Şagirdlər erkən yaşdan layihə əsaslı öyrənmə metodunu mənimsəyir, ünsiyyət və komanda bacarıqlarını inkişaf etdirirlər. Hər şagird öz öyrənmə sürətinə uyğun irəliləyir və uğur hissini təbii şəkildə yaşayır. Orta məktəb mərhələsində Montessori yanaşması şagirdlərin düşünmə, təhlil və problem həll etmə bacarıqlarını gücləndirir.
Laboratoriyada praktiki tədqiqatlar, layihələr və fənlərarası inteqrasiya akademik inkişafı möhkəmləndirir. Müəllim bu mərhələdə istiqamət verən deyil, öyrənməni asanlaşdıran bələdçi rolundadır. Sosial məsuliyyət, liderlik və empati kimi dəyərlərin formalaşmasına xüsusi önəm verilir. Liseydə Montessori yanaşması şagirdləri yalnız ali təhsilə deyil, həm də həyati bacarıqlara hazırlayır.
STEM sahələri, incəsənət, layihə əsaslı öyrənmə və innovativ düşüncə ön plana çıxır. Karyera yönləndirməsi və fərdi inkişaf dəstəyi şagirdlərin güclü gələcək planlamasına kömək edir. Şagirdlər beynəlxalq standartlara uyğun təhsil alır, qlobal dünyagörüşü formalaşdırırlar. Bütün pillələrdə təhsil şəffaf, aktiv və həyatla əlaqəli şəkildə həyata keçirilir. Şagird yalnız bilik əldə etmir, onu tətbiq edir, araşdırır və yaradıcılığa çevirir. Evrika Montessori yanaşması uşağın özünə inamını artırır, müstəqilliyini gücləndirir və akademik uğurla yanaşı güclü şəxsiyyət inkişafını təmin edir. Qeyd: Montessori Departamenti təhsilini Azərbaycan, Rus, Türk və İngilis dillərində həyata keçirir və beynəlxalq standartlarına təhsil alırlar.
+994 12 525 10 10
Valideyn və şagird rəyləriValideyn və şagird rəyləri
Evrika-da dərslər maraqlı və praktik şəkildə keçirilir. Burada oxumaq mənə həm bilik, həm də motivasiya qazandırır.
Şagird
Müəllimlərin yanaşması və məktəbin tədris sistemi çox peşəkardır. Valideyn olaraq özümüzü daim məlumatlı və güvənli hiss edirik.
Tələbə
Evrika Litseyində təhsil səviyyəsi və nizam-intizam bizi tam qane edir. Övladımın biliklərində və özünə inamında ciddi inkişaf görürük.
Həkim