19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Taekwondo həm idman növü, həm də özünümüdafiə və tərbiyə sistemi kimi dünyada geniş yayılmış döyüş sənətlərindən biridir. Bu idman növü insanın fiziki gücünü artırmaqla yanaşı, intizam, məsuliyyət və özünəinam kimi vacib xüsusiyyətlərin formalaşmasına kömək edir. Taekvondo ilə məşğul olan şagirdlər çeviklik, sürət, dözümlülük və koordinasiya kimi bacarıqlarını inkişaf etdirirlər.
Evrika Beynəlxalq Elm və Texnologiya Liseyində fəaliyyət göstərən taekvondo dərnəyi şagirdlərin sağlam həyat tərzinə yönləndirilməsi və onların fiziki inkişafının dəstəklənməsi məqsədi ilə təşkil olunmuşdur. Dərnək çərçivəsində şagirdlər peşəkar məşqçi rəhbərliyi altında taekvondonun əsas texnikalarını – zərbə, blok, müdafiə və müxtəlif hərəkət kombinasiyalarını öyrənirlər.
Məşğələlər zamanı yalnız texniki bacarıqlar deyil, eyni zamanda idman etikası, rəqibə hörmət, nizam-intizam və komanda ruhu kimi dəyərlər də şagirdlərə aşılanır. Bu proses şagirdlərin həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir göstərir.
Taekvondo dərnəyi şagirdlərin boş vaxtlarını səmərəli keçirməsinə, sağlam həyat tərzi formalaşdırmasına və gələcəkdə müxtəlif idman yarışlarında iştirak etmələrinə də imkan yaradır. Bu dərnək vasitəsilə şagirdlər öz bacarıqlarını inkişaf etdirərək həm məktəbdaxili, həm də digər idman tədbirlərində uğur qazanmaq imkanı əldə edirlər.