19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Evrika Liseyində fəaliyyət göstərən LEGO dərnəyi şagirdlərin yaradıcılıq, məntiqi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına yönəlib. Dərnəkdə şagirdlər LEGO konstruksiyaları vasitəsilə müxtəlif layihələr qurur, mühəndislik və texnologiya ilə tanış olurlar.
Təlimlər zamanı şagirdlər həm fərdi, həm də komanda şəklində işləyərək öz ideyalarını modellər üzərində reallaşdırırlar. LEGO dərnəyi uşaqların STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahələrinə marağını artırır və onların yaradıcılıq potensialını inkişaf etdirməyə kömək edir.