19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Evrika Liseyində fəaliyyət göstərən Piano dərnəyi şagirdlərin musiqi duyumunun, yaradıcılıq qabiliyyətinin və estetik zövqünün inkişafına yönəlib. Dərnəkdə şagirdlər pianoda ifa etməyin əsaslarını öyrənir, not savadı, ritm hissi və musiqi mədəniyyəti ilə yaxından tanış olurlar.
Təlimlər zamanı şagirdlər müxtəlif klassik və müasir musiqi əsərlərini ifa etməyi öyrənir, bacarıqlarını mərhələli şəkildə inkişaf etdirirlər. Piano dərnəyinin üzvləri liseydə keçirilən bayram tədbirləri, konsertlər və mədəni proqramlarda çıxış edərək öz istedadlarını nümayiş etdirmək imkanı əldə edirlər.