19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Evrika Liseyi şagirdlərin təhlükəsiz və komfortlu şəkildə məktəbə və evə çatdırılmasını təmin edən xüsusi nəqliyyat xidməti təqdim edir. Bizim avtobuslar mütəmadi texniki baxışdan keçirilir və bütün təhlükəsizlik standartlarına uyğun təchiz olunur.
Təcrübəli və məsuliyyətli sürücülərimiz şagirdlərin nəqliyyat vasitəsində rahatlığını və təhlükəsizliyini təmin edir. Komfortlu və geniş avtobuslar şəhərin müxtəlif bölgələrini əhatə edən marşrutlarla fəaliyyət göstərir, bu da valideynlər üçün maksimum rahatlıq yaradır.
Evrika Liseyi olaraq şagirdlərin təhlükəsizliyi və valideynlərin məmnuniyyəti bizim əsas prioritetimizdir. Bizim nəqliyyat xidməti hər gün şagirdlərin etibarlı və stressiz səyahətini təmin edir.