starEvrika Litseyinə xoş gəlmisiniz

“44 ŞAGİRD, 44 ADDIM” MARAFONU

dot
ball
asdas

“44 ŞAGİRD, 44 ADDIM” MARAFONU

Evrika Liseyi olaraq “44 Şagird, 44 Addım” adlı xüsusi layihə həyata keçirdik. Layihənin əsas məqsədi şəhid olan qəhrəmanlarımızın xatirəsini anmaq, onların göstərdiyi igidliyi gənc nəslə daha dərindən çatdırmaq və vətənpərvərlik ruhunu gücləndirmək idi.
Marafon çərçivəsində 44 şagird — Şuşa uğrunda döyüşlərin davam etdiyi 44 günü simvolizə edərək — Bakının müxtəlif məkanlarında yürüş etdi.

Şagirdlər yürüş zamanı əlində şəhidlərimizin şəkillərini daşıyır, onların adlarını və göstərdikləri qəhrəmanlığı cəmiyyətə xatırladırdılar.


Yürüş boyunca səsləndirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı tədbirin ruhunu və məqsədini daha da gücləndirərək ətrafdakı insanlara bu layihənin dərin məna və önəmini çatdırdı.
Bu marafon həm şagirdlər üçün unudulmaz bir təcrübə, həm də şəhidlərimizin müqəddəs xatirəsinə göstərilən hörmətin təzahürü oldu.

Paylaş

Tədbir haqqında

  • Başlama tarixi
    23 yan, 2026
  • Başlama saatı
    09:00
  • Keçirildiyi yer
    Evrika BETL
Gün
saat
dəqiqə
saniyyə