19 yan, 2026
Evrika Litseyinə xoş gəlmisiniz
Tədbir çərçivəsində şagirdlərimiz ana dilimizə olan məhəbbətlərini bir-birindən maraqlı səhnəciklər, duyğulu şeirlər və gözəl mahnılar vasitəsilə nümayiş etdirdilər. Onların səmimi çıxışları, aydın nitqi və milli dəyərlərimizə bağlılığı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Səslənən hər söz, hər misra ana dilimizin zənginliyini, gözəlliyini və milli kimliyimizin əsas sütunlarından biri olduğunu bir daha xatırlatdı. Bu əlamətdar gün şagirdlərdə doğma dilimizə hörmət və sevgi hissinin daha da güclənməsinə, milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsinə xidmət etdi.
Evrika Liseyi olaraq inanırıq ki, ana dilimizi yaşatmaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur.